SON DƏQİQƏ: Məcburi köçkünlərin yaşadığı YATAQXANA YANIR - Bir nəfə qorxaraq özünü 5-ci mərtəbədən atdı - YENİLƏNİB​

Baxış sayı:
9214

Xəbər verdiyimiz kimi, Bakıda Babək prospektində yerləşən yataqxana yanır.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə zamanı 45 yaşında bir kişi qorxaraq özünü binanın 5-ci mərtəbəsindən aşağı atıb. Həmin şəxs təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
*** 
11:42

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın başlayıb.
Hadisə paytaxtın Babək prospektində yerləşən yataqxana binasında baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürələri cəlb edilib.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.