SON DƏQİQƏ! Kutaisi qarışdı - İqtidarla müxalifət arasında süpürgə və yumurta davası (FOTO)

Baxış sayı:
7429

Kutaisi şəhərində hakim "Gürcü Arzusu" və müxalif "Vahid Milli Hərəkat" (VMH) partiyasının tərəfdarları arasında fiziki qarşıdurma baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə "Gürcü Arzusu"nun tərəfdarlarının əllərində etiraz əlaməti olaraq yumurta və süpürgə VMH partiyasının Kutaisidəki ofisinin qarşısına gətirdikdən sonra başlayıb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunsada hələlik tam olaraq asayiş bərpa edilməyib.
Qeyd edək ki, bu gün VMH partiyasının nümayəndələri "Gürcü Arzusu"nun ofisi qarşısına gedərək qıfıl vurmağa cəhd ediblər.
Kutaisidə hakim "Gürcü Arzusu" və müxalif "Vahid Milli Hərəkat" tərəfdarları arasında qarşıdurma baş verib.
Muxalifet.az