​SON DƏQİQƏ: Kölndə atışma, insanlar girov götürüldü - FOTO

Baxış sayı:
5818

Köln şəhərində vağzal ərazisində naməlum şəxs tərəfindən insanlar girov götürülüb.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, polislərdən birinin sözlərinə görə, girov götürülən insanları aptekdə saxlayırlar.
Şahidlərə istinadən “Focus” nəşri şəhərdə atışma haqqında məlumatı yayıb. Zərərçəkənlərin olduğu ehtimal edilir. KİV dəqiqləşdirib ki, hər şey kişi və qadın arasında davadan sonra başlanıb.

Polisdə atışma haqqında informasiyanı təsdiq etməyib.
Qatarların hərəkəti dayandırılıb.