SON DƏQİQƏ: İstanbulda GÜCLÜ PARTLAYIŞ - yaralılar var

Baxış sayı:
6286

Türkiyənin İstanbul şəhərində partlayış olub.
Trend-in məlumatına görə, partlayış şəhərin Qaziosmanpaşa rayonundakı binanın qarşısında qeydə alınıb.
İlkin ehtimala əsasən, hadisə nəticəsində 3 nəfər yaralanıb.
İnsident səhər saatlarında baş verib. Belə ki, kağız toplamaqla məşğul olan ana və qızı yaşadıqları binanın qarşısına gələrək tapdıqları konserv qutusunu açarkən partlayış olub.
Yaralanan qadın və qızı xəstəxanaya yerləşdirilib.
Polis araşdırma aparır.