SON DƏQİQƏ: İsrail ərazisi raketlə vuruldu — SOS

Baxış sayı:
4399

Qəzza zolağından İsrail ərazisi raketlə vurulub.
Muxalifet.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat verib. Verilən məlumata görə, raket zərbəsinə Fələstin yaxınlığında yerləşən bir neçə yaşayış məntəqəsi məruz qalıb.
Zərbələr nəticəsində insan təlafatı olduğu və bir neçə yaşayış massivinin dağıldığı bildirilib. 
Bundan başqa, dünəndən bəri Fələstinlə İsrail arasında kiçik qruplar arasında qarşıdurma olub. Hadisə zamanı 100-dən çox insan xəsarət alıb.
Bölgədə yaranmış gərginliyə isə ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq barədə qərarı səbəb olub.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Amerikanın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıdığını elan edib. Onun sözlərinə görə, Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanımağın vaxtı gəlib çatıb.
“Qərara gəldim ki, Qüdsün İsrailin paytaxtı kimi tanınmasının vaxtı gəlib çatıb. Amerika bu addıma qarşı deyil və Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq”, deyə D.Tramp vurğulayıb.
Onun bu qərarını bir çox ölkələr hiddətlə qarşılayıblar. D.Trampın bu qərarından sonra həm Avropa ölkələrindən, həm Yaxın Şərq, həm də Ərəb dövlətlərindən ona etirazlar gəlib. İlk etiraz isə Fransa prezidentindən səsləndirilib. Daha sonra Türkiyə və İran Trampın bu qərarına pisləyib. İordaniya da ABŞ prezidenti Donald Trampı beynəlxalq qətnamələri pozmaqda günahlandırıb. Verilən açıqlamada bildirilib ki, Trampın bu qərarı siyasi səhvdir. Misir hökuməti də Trampın yeni bəyanatını xoş qarşılamayıb. Bildirilib ki, onun bu addımı həm Amerika, həm də region üçün yaxşı nəticələnməyəcək.