​SON DƏQİQƏ: İşdən çıxarılan icra başçısının ailəsində FACİƏ - ÖLƏNLƏR VAR

Baxış sayı:
1495

Lənkəran rayonunun keçmiş icra başçısı, filologiya elmlər doktoru, publisist Yaşar Rzayevə ağır itki üz verib.
Publika.az-ın əldə etdiyi məlumata görə, sabiq icra başçısının oğlu Hünər Rzayev və qardaşı Namiq Rzayev dünyasını dəyişib.
Qeyd edək ki, Yaşar Rzayev uzun illər Lənkəranda rəhbər vəzifələrdə çalışıb və 2003-cü ilədək rayonun icra başçısı vəzifəsini tutub.
Onun vəfat edən oğlu isə xeyli müddət Vergilər Nazirliyində çalışıb və keçən il işdən çıxarılıb.
Allah rəhmət eləsin!