SON DƏQİQƏ: İraqda ən böyük aviabaza toplarla BOMBARDMAN EDİLİR

Baxış sayı:
6904

İraqın Səlahəddin vilayətində ölkənin ən böyük aviabazası toplarla atəşə tutulub.
Muxalifet.az xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi açıqlama yayıb. Məlumatda ötən gecə hücuma məruz qalan “Beled” aviabazasında yanğın baş verdiyi, hər hansı itkinin olmadığı qeyd edilib.
Ərəb televiziyalarından biri isə hücum edilən aviabazada keçmiş amerikalı müşavirlərin olduğunu bildirib.
Qeyd edək ki, İraq Hərbi Hava qüvvələrinə aid F-16 təyyarələrinin saxlanıldığı “Beled” aviabazası Bağdaddan 64 km məsafədə yerləşir.