SON DƏQİQƏ: İran Ərbilə hücum etməklə ABŞ-a müharibə elan etdi - AÇIQLAMA

Baxış sayı:
11908

İran Kürdüstan Demokrat Partiyası İranın Ərbilə hücum etməsi ilə bağlı mətbuat konfransı keçirib.
Muxalifet.az xəbər verir ki, partiyanın baş katibinin müavini Aso Həsənzadə ABŞ-a İranla bağlı mesaj göndərib.
"İran bizi vuraraq ABŞ başda olmaqla, beynəlxalq cəmiyyətə mesaj göndərdi. Bu tək bizə deyil, ABŞ-a da edilmiş müharibə elanıdır. Qərargahımıza edilən hücum təkcə İranla bizim aramızda olan bir poblem deyil. Bu, daha geniş müzakirə edilməlidir. Çünki bu, bölgənin sabitliyini maraqlandırır", - Həsənzadə söyləyib.