SON DƏQİQƏ! İngiltərənin İran səfiri Tehranda həbs olundu

Baxış sayı:
2257

Muxalifet.az "Hurriyet"ə istinadla bildirir ki, Böyük Britaniyanın İran səfiri Tehranda həbs olundu.
***
/Yeniləndi/
İranın paytaxtı Tehranda qəzaya uğrayan Ukrayna sərnişin təyyarəsində həyatını itirənlər üçün təşkil olunan aksiyada iştirak edən İngiltərənin Tehran səfiri Rob Macairenin "bəzı radikal və dağıdıcı aksiyalar təşkil etməyə və təhrik etməyə çalışdığı" iddiası ilə həbs olunduğu və bir müddət sonra azad olunduğu bildirildi.

İranın yarı rəsmi xəbər agentliyi Təsnimin məlumarına görə, İngiltərənin Tehran səfiri Macaire, Əmir Kəbir Universitetinin qarşısında Ukrayna təyyarəsi qurbanlarına həsr olunmuş aksiyada iştirak etdi.
Aksiyanın söylənən şüarlarla rejim əlyhinə aksiyaya döndüyü və bu vaxt İngiltərənin Tehran səfiri Macairenin "bəzı radikal və dağıdıcı aksisyaları təşkil etməyə və qızışdırmağa çalışdığı” iddia olundu. Bu səbəblə həbs olunan səfir bir neçə saat sonra sərbəst buraxıldı.
Muxalifet.az