SON DƏQİQƏ: İlham Əliyev iki REKTORU İŞDƏN ÇIXARDI
3-12-2019 18:03
Baxış sayı:
13351

Prezident İlham Əliyev Elbrus İsayevin Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Elbrus Saleh oğlu İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilsin. *** Prezident İlham Əliyev Elbrus İsayevin Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. *** Prezident İlham Əliyev Saleh Məhərrəmovun Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Saleh Heydər oğlu Məhərrəmov Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsin.