SON DƏQİQƏ: İdlibdə əməliyyat başladı

Baxış sayı:
2310

İdlibdən son dəqiqə xəbərləri gəlməyə davam edir. Əsədə müxalif hərbi qüvvələr İdlibin cənubunda əməliyyat başlatdı.
Muxalifet.az
bu barədə "Hurriyet"ə istinadla bildirir. Əsəd rejimi qüvvələrinin İdlibin cənubunda ələ keçirdikləri yaşayış məntəqələrini geri almaq üçün qurudan irəliləyən müxaliflər Neyrab kəndinə girdilər. Kənddəki rejim qüvvələri ilə şiddətli qarşıdurmalar davam edir.
Müxaliflər, rejim qüvvələrinin İdlibin cənubunda ələ keçirilən yaşayış məntəqələrini geri qaytarmaq üçün başladığı əməliyyatda aldıqları Neyrab kəndi Serakib rayonunun şimal-qərbində yerləşir.
Kənddəki rejim hədəflərinə qarşı artilleriya atəşlərindən sonra qurudan irəliləməyə başlayan ASO hərbçiləri bir tankı da ələ keçirərkən bir rejim tankını və zirehli maşını məhv etdi.
Neyrabı fevralın 3-də rejim qüvvələri ələ keçirmişdi.
Serakib rayonu, Şam və Hələbi birləşdirən M5 avtomobil yolunun və İdlib-Latakiya-Hələbi birləşdirən M4 magistralının keçdiyi strateji nöqtədə yerləşir.
Muxalifet.az