​SON DƏQİQƏ: Hərbi hissəyə SİLAHLI HÜCUM - Müdafiə Nazirliyinin əməkdaşları öldü

Baxış sayı:
13228

ABŞ-ın Havay ştatındakı Perl-Harbor limanında silahlı hücum baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
Ölənlər Müdafiə Nazirliyinin əməkdaşları olub.
Təhlükəsizlik Qüvvələri dərhal hərəkətə keçib. Lakin cinayətkar özünü öldürüb.
Liman ABŞ Hərbi Hava Qüvvələri və donanma qoşunlarının ortaq istifadəsindədir.
Qeyd edək ki, Perl-Harbor 7 dekabr 1941-ci ildə Yaponiya tərəfindən hücuma məruz qalmış, ABŞ-ın II Dünya Müharibəsinə girməsinə səbəb olmuşdu.
Hadisənin tarixi hücumun ildönümünə yaxın zamanda baş verməsi diqqət çəkir.//Publika