SON DƏQİQƏ: Hərbçimizin meyiti TAPILDI

Baxış sayı:
11734

Daşkəsən rayonunda qar uçqununun baş verməsi nəticəsində itkin düşmüş hərbçinin meyiti tapılıb.
FHN-dən  verilən məlumatda bildirilir ki, mart ayının əvvəllərində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2 hərbi qulluqçusu Daşkəsən rayonunda qar uçqununun baş verməsi nəticəsində itkin düşüb.
Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ xilasediciləri qrupu tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində həmin hərbi qulluqçulardan ikincisi – əsgər Fərrux Fərman oğlu Məmmədovun meyiti bu gün səhər saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Müdafiə Nazirliyi gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlunun qar uçqununa düşdüyü barədə martın 7-də məlumat yayıb.
Aparılan axtarış-xilasetmə əməliyyatı nəticəsində H. Abdullayevin meyiti bir müddət əvvəl tapılıb./Oxu24.com