SON DƏQİQƏ: helikopterlər havalandı, bombardman başlandı - "Mehmetcik"dən TARİXİ MİSSİYA

Baxış sayı:
6352

Suriyanın şimal-şərqində təhlükəsizlik zonasına nəzarət üzrə Türkiyə və ABŞ-ın Birgə Hərəkat Mərkəzi işə başlayıb.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.
“ABŞ-la Birgə Hərəkat Mərkəzi tam gücü ilə işə başladı. Bu gün birinci birgə helikopter uçuşu həyata keçirildi. Bundan başqa, terrorçulara aid silah anbarlarının məhv edilməsinə başlanılıb”, - agentlik nazirdən sitat gətirib.

Nazir qeyd edib ki, bölgədə avqustun 14-də ilk pilotsuz uçuş aparatı uçmuşdu.
Qeyd edək ki, Birgə Hərəkat Mərkəzi Suriyanın şimalının PYD terror təşkilatınfan təmizlənməsinə hədəflənib. Rəsmi Dəməşq ABŞ-Türkiyə razılaşmasına qarşı çıxıb. Suriya hökumətinin fikrincə, razılaşma Suriyanın müstəqilli və ərazi bütövlüyünə qəsd edir, beynəlxalq hüququ pozur.