SON DƏQİQƏ: Güclü zəlzələ baş verdi

Baxış sayı:
13468

Türkiyənin Van şəhərində yeraltı təkanlar qeydə alınıb.
Vanın Saray ilçəsində 4,3 bal gücündə zəlzələ olub.
Zəlzələnin ocağı yerin 21,26 km dərinliyində yerləşib.

***

Pakistanın nəzarətindəki Azad Kəşmirdə zəlzələ olub.
5 bal gücündəki zəlzələnin sarsıntıları şəhərdən 500 km uzaqda yerləşən İslamabadda hiss edilib.
Milli Seysmik Müşahidə Mərkəzindən (NSMC) verilən açıqlamaya görə, zəlzələnin ocağı yerin 12 km dərinliyində olub.
Qeyd edək ki, Kəşmir ən böyük zəlzələ faciəsini 2005-ci ildə yaşamışdı. 7,6 bal gücündə baş verən zəlzələ nəticəsində 85 min insan ölmüşdü.