SON DƏQİQƏ: güclü PARTLAYIŞ: 3 ölü, 4 yaralı

Baxış sayı:
484

Rusiyanın Moskva vilayətinin Serpuxov rayonunda yerləşən yanacaqdoldurma məntəqəsində yanğın buxarından yaranmış partlayış nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti Baş İdarəsinin Mətbuat xidmətindən bildiriblər.

Hadisə qaynaq işləri zamanı baş verib. Partlayışdan sonra yanğın olmayıb.

Hadisə yerində əməliyyat xidməti araşdırma aparır.