SON DƏQİQƏ: Gözlənilən gün çatdı - Türklər hərəkətə keçdi

Baxış sayı:
4192

Rusiya hərbçiləri türklərlə patrul fəaliyyətinə başlamaq üçün İdlibə gəlib.

Rusiya mətbuatı xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Moskva görüşündə əldə edilən razılaşmalar çərçivəsində M4 magistral yolunun Türkiyə ilə ortaq patruluna start verilib.

Hərbçilər Sərakib şəhərinin qərb hissəsində görüşəcək.

Hərəkəti təmin etmək üçün magistral yolun şimal və cənubda təhlükəsizlik dəhlizi yaradılıb.

Rusiya və Türkiyə hərbçilərinin birgə fəaliyyəti yalnız M4 magistralı (Latakiya-Hələb) boyunca hərəkətin təhlükəsizliyini təmin etməyə yönəlməyib, onlar eyni zamanda silahlı qarşıdurmanın alovlanmasının qarşısını almalıdır.

BMT Baş katibi Antonio Quterreş bəyan etmişdi ki, Rusiya-Türkiyə anlaşması Suriyada atəşkəsə gətirib çıxarmalıdır./Publika.az