​SON DƏQİQƏ: Generalın qohumunu öldürən şəxs tutuldu - TƏFƏRRÜAT

Baxış sayı:
11351

Generalın qohumunu öldürən şəxs tutulub.
Bakupost.az-ın xəbərinə görə, ötən gün Həsən bəy Zərdabi küçəsində şəhər sakini 35 yaşlı Fərid Məmmədovu qətlə yetirən Həbib Babaverdiyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Onun barəsində Cinayət Məclləsinin 120.1-ci maddəsi (adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. 
İlkin məlumata görə, H. Babaverdiyev avtomobil ilə H.Zərdabi küçəsində hərəkətdə olarkən qarşısında gedən maşının sürücüsü F. Məmmədovdan ona yol verməsini istəyib. Bunun üstündə tərəflər arasında mübahisə düşüb və nəticədə H. Babaverdiyev Fərid Məmmədovu ürək nahiyəsindən bıçaqlayıb. 
Qətlə yetirilən şəxs Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qaynının oğludur.
Qeyd edək ki, generalın qohumunun qətlə yetirilməsi xəbərini BakuPost.az dünən yaymışdı