SON DƏQİQƏ: Fransa İraqı bombardman etdi

Baxış sayı:
856

Fransanın Hərbi Hava Qüvvələrinə aid “Rafale” qırıcıları İraqın şimal-şərqində terrorçuların istifadə etdiyi tunellər şəbəkəsinə zərbələr endirib.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Fransanın Müdafiə Nazirliyi bildirib.
Bildirilir ki, tunellərdən İŞİD terrorçuları istifadə edirdilər. Məlumata görə, əməliyyat bu rayonda qruplaşmanın maddi-texniki və hərbi potensialını zəiflətməyə imkan verib.