SON DƏQİQƏ: Ermənistanla sərhəddə atışma - ÖLƏN VƏ YARALANANLAR VAR

Baxış sayı:
6931

Sərhəddə atışma nəticəsində Ermənistan Silahlı Qüvvələrinin müqaviləli hərbi qulluqçusu Armen Çaxmaxçyan yaralanıb.

Virtualaz.org bildirir ki, “Sputnik Ermənistan”ın bu məlumatını Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan təsdiqləyib.

Hadisənin oktyabrın 4-də Ermənistanın Tavuş vilayətinin Koti kəndi yaxınlığındakı sərhəd zonasında baş verdiyi məlum olub. Yaralı tibb mərkəzinə aparılıb, həyatı təhlükədədir.

Kəndin rəhbəri Feliks Melikyanın sözlərinə görə, əsgər çiynindən yaralanıb. Onu Mərkəzi Klinik Xəstəxanaya köçürüblər.

Ovhannisyan, son günlərdə Ermənistan silahlı qüvvələrinin bir hərbçisinin öldüyü və daha 3-ünün yaralandığı barədə sosial şəbəkələrdə daha əvvəl yayılan xəbəri də təsdiqləyib.