​SON DƏQİQƏ: Ermənistana keçən daha bir şəxs SAXLANILDI - İkinci “Azərbaycan casusu” QALMAQALI?

Baxış sayı:
6469

Ermənistan sərhədini keçən Türkiyə vətəndaşı tutulub.
Ermənistan KİV-ləri xəbər verir ki, bu haqda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd idarəsinin mətbuat xidməti bildirib.
Türkiyə vətəndaşı Gümrü sərhəd dəstəsi tərəfindən saxlanılıb.
“Sərhədi pozan ərazini diqqətlə müşahidə edir və gizlicə hərəkət etməyə çalışırdı”, - xəbərdə qeyd edilir.
Onun Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verildiyi bildirilir.
Xatırladaq ki, daha əvvəl - iyul ayında Türkiyə vətəndaşı Umut Ali Özmen səhvən Ermənistan sərhədini keçmişdi. Erməni əsgərləri onu “Azərbaycan casusu” adı altında həbs etmişdilər. 16 yaşlı yeniyetmənin azad edilməsi üçün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Nikol Paşinyana zəng etmiş və Paşinyan Ərdoğanın tələbinə müsbət cavablandırmışdı.
Özmen sentyabrın 25-də azad olunmuşdu.