SON DƏQİQƏ: Dünyaya bəyan etdilər - DOLLARA İLK BÖYÜK ZƏRBƏ!

Baxış sayı:
7255

Rusiyanın neft şirkəti Qazprom Neft-in rəhbərlərindən olan Aleksandr Dyukov bu il ilk dəfə Rus rublu ilə neft ixracatına başladıqlarını ifadə edərək "Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindəki bütün ölkələrə rubl ilə neft ixrac edəcəyik" deyib. Dyukov Sankt Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda (SPIEF) jurnalistlərə açıqlama verib. Neft ixracatında rubl üzərindən müqavilələr bağlamağa başladıqlarını vurğulayan Dyukov, "Bu il ilk dəfə Rus rublu ilə Ermənistana neft ixrac etdik. Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindəki bütün ölkələrə rubl ilə neft ixrac edəcəyik" deyə söyləyib. Müqavilələri avro və yuan üzərindən də edə biləcəklərini ifadə edən Dykuov, "Əgər lazım olsa, ixracatımızı avro və ya yuan üzərindən də edə bilərik, razılaşmalarımız bu dəyişikliyə əlverişli şəkildə hazırlandı" deyib. DOLLARIN İSTİFADƏSİNİ AZALTMAĞA ÇALIŞILIR Rus səlahiyyətlilər ABŞ və bəzi Qərbli ölkələrin tətbiq etdiyi sanksiyalar səbəbiylə ölkə iqtisadiyyatında dolların istifadəsini azaltmağa çalışır. Rusiyanın enerji şirkəti Qazpromun ixracat qolu olan Qazprom Export-dan bir müddət əvvəl edilən açıqlamada, Avropaya ilk dəfə rubl ilə təbii qaz satıldığı bildirilmişdi. Müxalifət.az