SON DƏQİQƏ: Dünya Türkiyəyə qarşı hərəkətə keçdi - RƏSMİ

Baxış sayı:
10168

Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu, Yunanıstanın baş naziri Aleksis Çipras və Kiprin yunan kəsiminin lideri Nikos Anastasiadis arasında toplantı keçirilib. 
Muxalifet.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, toplantıya ABŞ-ın dövlət katibi Mayk Pompeo da qatılıb. 
Toplantıdan sonra birgə bəyanat yayılıb. Bir bəyanatda vurğulanıb ki, liderlər enerji müstəqilliyini və təhlükəsizliyini qorumaq və Şərqi Aralıq dənizində xarici mənfi amillərdən qorunmaq üçün əməkdaşlığı inkişaf etdirməyə qərar verib. 
ABŞ-ın bu toplantıya dəstək verməsi fərqli bir anlam daşıyır. Çünki Kiprin yunan kəsimi Aralıq dənizində ABŞ-ın dəstəyinə ehtiyac duyur.
Qeyd edək ki, Aralıq dənizində neft-qaz axtarışları Yunanıstan, yunan Kipri və İsrail liderlərini bir-birilərinə yaxınlaşdırıb. Toplantı öncəsi bu məsələ yunan mediasında geniş işıqlandırılıb. Yunan mediasında deyilmişdi ki, bəyanatda üçlü tandemin üçüncü ölkələrə qarşı bir-birilərinin müdafiəsini də dəstəkləyəcəyi şəklində bir ifadənin yer alması gözlənilir. Yunan mediası bunun Ankaraya dolayı yolla bir mesaj olacağını bildirmişdi.