SON DƏQİQƏ: Dəhşətli hücum, Türkiyə ilk ŞƏHİDLƏRİNİ VERDİ

Baxış sayı:
9352

Suriyada PYD/YPG terrorçularının Türkiyənin Şanlıurfa bölgəsinə raket atması nəticəsində 3 mülki şəxs həlak olub.
Publika.az xəbər verir ki, bu barədə Şanlıurfa Valiliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Suriya tərəfindən atılan raket mərmiləri nəticəsində “Sülh Çeşməsi” əməliyyatının ilk şəhidləri verilib: “Onlardan biri suriyalı olan 9 aylıq körpə - Məhəmməd Omardır, digər şəhid isə vergi dairəsində çalışan məmur Cihan Güneşdir”.
Nusaybin qəsəbəsində də bir nəfər şəhid olub, 7 vətəndaş yaralanıb. Hücum nəticəsində ümumilikdə 46 mülki şəxs yaralanıb.