SON DƏQİQƏ: dəhşətli hadisə baş verdi, 30 ölü, onlarla yaralı var

Baxış sayı:
9532

Əfqanıstanın şərqində yerləşən Nəngərhar vilayətinə avia-zərbələr endirilib.

Hadisə nəticəsində 30 mülki şəxs ölüb, onlarla yaralı var.

Hücumun məsuliyyətini hələ ki, heç kim öz üzərinə götürməyib.

Qeyd edək ki, ABŞ-la Taliban arasında başlayan danışıqlar ötən həftə dayandırılmışdı. Bunun ardınca prezident Əşrəf Qaninin seçki mitinqində bomba partladılmış, nəticədə 24 nəfər ölmüş, 31 nəfər yaralanmışdı.

Bu gün səhər saatlarında isə kəşfiyyat xidmətinin binası qarşısında bomba partladılması nəticəsində 20-ə yaxın insan ölüb, 100-ə yaxınə isə yaralanıb.

Talibanın mətbuat katibi Zəbihullah Mücahid danışıqların dayandırılmasından dərhal sonra "amerikalılar görüşləri ləğv etdiyi üçün hər kəsdən çox əzab çəkəcək” sözlərini demişdi. Müzakirələrin dayandırıldığı gündən bəri Əfqanıstanda 300-ə yaxın insan hücumların qurbanı olub.