​SON DƏQİQƏ: Daha bir şok İSTEFA - 86 yaşlı...

Baxış sayı:
64324

Ötən gün Prezident İlham Əliyevin pensiya yaşına çatmış məmurlara çağırışından sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin fövqəladə toplantısı təyin olunub. Demokrat.az-ın əldə etdiyi məlumata görə, sabah AMEA-ya yeni prezident seçiləcək. Fövqəladə toplantı oktyabrın 23-də günün ikinci yarısına təyin olunub. AMEA-nın yeni prezidenti kimi akademiklər - Nərgiz Paşayevanın və Rasim Əliquliyevin şansları daha çox dəyərləndirilir. Qeyd edək ki, AMEA-nın indiki prezidenti akademik Akif Əlizadədir. Hazırda onun 86 yaşı var.