SON DƏQİQƏ: ​Cəlalabad Maliyyə İdarəsində atışma: 12 ölü, 36 yaralı

Baxış sayı:
22123

Əfqanıstanın şərqindəki Cəlalabad şəhərində Maliyyə İdarəsinin binasında terror aktı törədilib.
Muxalifet.az xəbər verir ki, silahlı hücum nəticəsində 12 nəfər ölüb, 36 nəfər yaralanıb.
Məlumata görə, əvvəlcə 2 kamikadze üzərlərinə bağladıqları bombanı binanın girişində partladıblar. Daha sonra isə 6 silahlı içəri daxil olaraq, insanları atəşə tutub.
Hələ ki, heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.