​SON DƏQİQƏ: Biləsuvarda dəhşətli yol QƏZASI: 4 nəfər öldü, 2 nəfər...

Baxış sayı:
4533

Əllət-Astara magistral yolunda ölümlə nəticələnən avtoqəza baş verib. Muxalifet.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Biləsuvar rayonunda “KamAZ” markalı yük avtomobili və "Ford" markalı mikroavtobus toqquşub. Hadisə yerinə cəlb olunan Muğan Regional Mərkəzinin xilasediciləri mikroavtobusda olan 4 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan digər 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.