SON DƏQİQƏ: Bakıda Rusiya səfirliyi qarşısında Fuad Abbasovla bağlı aksiya - FOTOLAR

Baxış sayı:
5137

Bir qrup ictimai fəal Fuad Abbasovun Rusiyada saxlanılmasına etiraz olaraq, Bakıda Rusiya səfirliyinin qarşısında aksiya keçirib. Musavat.com məlumat verir ki, aksiya iştirakçıları "Fuad Abbasova azadlıq" şuarları səsləndiriblər. Sonda aksiya iştirakçıları Fuad Abbasovun azad edilməsi ilə bağlı müraciəti Rusiya səfirliyinə təqdim ediblər. Qeyd edək ki, F.Abbasov bir neçə ildir, Rusiyada yaşayır. Türkiyənin bir neçə media quruluşunun Moskva müxbiri olan jurnalist Rusiya teleməkanında Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı tolk-şoularda ölkəmizin mövqeyinin müdafiəçisi kimi tanınır. Mayın 18-də isə Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıblar. Hazırda jurnalistin Azərbaycana deportasiya edilməsi üçün prosedur qaydalar həyata keçirilir. Rusiya səfirliyinin rəsmi nümayəndəsi təqdim olunan müraciətə sabah cavab veriləcəyini bildirib.