​SON DƏQİQƏ: Bakıda polis işçisi ofisdə HƏLAK OLDU

Baxış sayı:
4258

Daxili İşlər Nazirliyinin Mühafizə İdarəsinin əməkdaşı tabel silahından açılan atəş nəticəsində ölüb.
Bu barədə “Sputnik Azərbaycan”a Nərimanov rayonunun hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Məlumdur ki, yanvarın 11-də axşam saat 18.00 radələrində  paytaxtın Nərimanov rayonu ərazisindəki şirkətlərdən birinin ofisində odlu silahdan açılan atəş nəticəsində 35 yaşlı İlkin Tapdıqov iş yerində ölüb.
Hazırda hadisə yerində operativ-istintaq qrupunun üzvləri işləyir. Baş verən hadisənin təfərrüatı araşdırılır.