​SON DƏQİQƏ: Bakıda güclü yanğın BAŞLADI: İnsanlar təxliyə edildi - FOTO/VİDEO (YENİLƏNDİ)

Baxış sayı:
5725

Fövqəladə Hallar Nazirliyi Bakının Nizamı rayonundakı yanğınla bağlı məlumat yayıb.
Muxalifet.az-ın məlumatına görə, nazirlikdən bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür.
***
09:07

Bakının Nizamı rayonunda güclü yanğın başlayıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, yanğın "8-ci km bazarı"ndakı mağazalardan birinin damında başlayıb.
Ərazidəki insanlar təxliyə edilib, hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.