SON DƏQİQƏ: Bakıda dəhşətli AVTOBUS QƏZASI - 6 nəfər...

Baxış sayı:
2572

Bakıda marşrut avtobusu qəzaya uğrayıb. Muxalifet.az "Report"a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Əfsun şadlıq sarayının yanında qeydə alınıb. Belə ki, 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 8:45 daxil olub. Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. Qəzadan 2 -si azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Onlara lazım olan yardım göstərilib müalicələri davam edir.