​SON DƏQİQƏ: Bakıda daha bir avtobus qəzası - YARALILAR VAR

Baxış sayı:
12796

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında 158 saylı marşrut avtobusu mikroavtobusla toqquşub.
Qəza nəticəsində 77 yaşlı Şəfa Həsənov qapalı kəllə beyin travması, 26 yaşlı Şamil Şirinzadə aşağı ətrafların travması, 24 yaşlı İbrahim Yunisov qapalı kəllə beyin travması və burun sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir. (Ona.az)