SON DƏQİQƏ: Bakıda bazar yanır, xəsarət alanlar var - VİDEO / YENİLƏNDİ

Baxış sayı:
14316

Avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Muxalifet.az-a Nazirlikdən verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 22 texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 60 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub. İki nəfər yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Əlavə məlumat veriləcək. *** Səhiyyə Nazirliyindən Publika.az-a daxil olan məlumata görə, hadisə zamanı Fövqəladə Hallar nazirliyinin 3 əməkdaşına yerində yardım göstərilib. İki FHN əməkdaşı və əlavə bir nəfər isə xəstəxanaya yerləşdirilib. *** Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev hadisə yerinə gəlib. "Report"un xəbərinə görə, hələ yanğının qarşısını almaq mümkün olmayıb. Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, hadisə yerinə 10 Təcili Yardım briqadası göndərilib: "Hələlik Təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib". *** Səhiyyə Nazirliyindən Publika.az-a daxil olan məlumata görə, hadisə yerinə 10 təcili yardımbriqadası göndərilib. Təcili yardıma hələ ki, 2 nəfər FHN-nin yanğınsöndürəni müraciət edib. Xəsarət alanlar barədə məlumat yoxdur. *** “Baksol” yolu adlanan ərazidəki taxta bazarında baş verən yanğınla əlaqədar qeyd edilən istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb. Muxalifet.az-a Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, nəqliyyat vasitələrinin Ziya Bünyadov prospektindən Dərnəgül 1 yoluna (Baksol yolu) girişi bağlanıb. Yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkət etməsi üçün sürücülərdən zərurət olmadığı halda bu yoldan istifadə etməmələrini xahiş edirik. *** Bakıda yanğın başlayıb. Yanğın Nərmanov rayonunda, Dərnəgül ərazisində yerləşən taxta bazarında baş verib. Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə biriqadası cəlb olunub. (oxu.az)