SON DƏQİQƏ: Bakıda 2 avtobus TOQQUŞDU - Çox sayda yaralı var

Baxış sayı:
9694

Bakıda iki sərnişin avtobusu toqquşub. Hadisə paytaxtın Sabunçu rayonu, Ramana yolunda baş verib. Belə ki, Bakı Sənaye-Pedaqoji Kollecinin qarşısında hərəkətdə olan 49 və 106 saylı sərnişin avtobusları toqquşub. Nəticədə 7 nəfər yaralanıb. Yaralıların hamısı qadındır. Hadisə yerinə Təcili Tibbi Yardım avtomobili gəlib, yaralılar xəstəxanaya aparılıb. Səhiyyə Nazirliyi faktı təsdiqləyib. Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, yaralıların vəziyyətləri orta-ağırdır.//Report