SON DƏQİQƏ: Azərbaycanlılar Rusiyada DƏHŞƏTLİ QƏZAYA DÜŞDÜ - Çox sayda ölü və yaralı var - VİDEO

Baxış sayı:
11824

Dağıstanın Qayakənd rayonunda ağır yol qəzası baş verib. Redaktor.az “Rent tv”yə istinadən xəbər verir ki, mikroavtobus və iki avtomobilin iştirakı ilə baş verən zəncirvari qəza zamanı 2 nəfər həyatını itirib. Azı 7 nəfər xəsarət alıb. Məlumata görə, həyatını itirənlər Rusiya, xəsarət alanlar isə Azərbaycan vətəndaşlarıdır. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Onlardan 4-nə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 3 həmyerlimiz isə xəstəxanada müalicəsini davam etdirir. Qəzanın səbəbləri araşdırılır.