​SON DƏQİQƏ: Azərbaycanlılar Gürcüstanda AYAĞA QALXDI - FOTO

Baxış sayı:
13936

Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Qardabani rayonunda etiraz aksiyası keçirilib.
Aksiya iştirakçıları Qardabani rayonunda fəaliyyət göstərən spirt zavodunun xoşagəlməz iyindən narahatlıqlarını bildiriblər.
Zavod ətrafında yerləşən kəndlərin sakinlərinin sözlərinə görə, bu məsələ ilə bağlı rayonun aidiyyatı orqanlarına dəfələrlə müraciət etsələr də, bu günə qədər heç bir addım atılmayıb.
Problem aradan qaldırılmayana qədər Qardabani sakinləri etiraz aksiyalarını davam etdirəcəklərini deyiblər.
Qardabani rayon bələdiyyəsinin sədr müavini Rəfi Orucov bildirib ki, zavodun məxsus olduğu şirkətin rəhbərliyi ilə problemin aradan qaldırılması ilə bağlı görüş keçirilib: “Görüşdə yerli sakinlər də iştirak ediblər. Bu ayın sonuna qədər problemin həll olunması ilə bağlı razılıq əldə olunub”. (report)