​SON DƏQİQƏ: Azərbaycanlı xanım müğənni FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ - FOTOLAR

Baxış sayı:
8593

Qax rayonunda yol qəzası baş verib.
Muxalifet.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Qum kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-21015" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin - 1980-ci il təvəllüdlü Mehriban Natiq qızı Mustafayeva hadisə yerində ölüb. Sürücü, 1979-cu il təvəllüdlü Polad Mahmud oğlu Məmmədov və digər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  
Qeyd edək ki, mərhum M.Mustafayeva uzun illərdir şimal-qərb bölgəsində müğənni kimi fəaliyyət göstərirdi. 
Faktla bağlı araşdırma aparılır. 

Azərbaycanlı xanım müğənniFACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ (FOTOLAR)

Azərbaycanlı xanım müğənniFACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ (FOTOLAR)