SON DƏQİQƏ: Azərbaycanlı aktrisa vəfat etdi - FOTO
14-07-2019 20:27
Baxış sayı:
4002
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Elmira Hidayətova vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı həmin teatrın aktrisası Telli Hüseynova verib. O, 62 yaşında dünyasını dəyişib. Qeyd edək ki, 1957-ci ildə Bakıda anadan olan Hidayətova Elmira Xalıq qızı "O olmasın, bu olsun", "Hələlik", "Bankir adaxlı", "Səhnədə məhəbbət", "Məhəbbət oyunu", "Qırmızı papaq", "Şən dul qadın", "Əlin cibində olsun" və s. tamaşalarda iştirak etmişdi.