​SON DƏQİQƏ: Azərbaycanda yüksək vəzifəli MƏMUR İŞDƏN ÇIXARILDI

Baxış sayı:
11997

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini işdən çıxarılıb. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb. Sərəncamla 2017-ci ildən bu vəzifədə çalışan Vüsal Şəmsəddin oğlu Sevdimalıyev Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini vəzifəsindən azad edilib.