SON DƏQİQƏ: Azərbaycanda vəzifəli şəxsin faciəvi sonu – FOTOLAR

Baxış sayı:
5890

Hacıqabulda yük avtomobili piyadanı vuraraq öldürüb.

Muxalifet.az xəbər verir ki, ötən gecə saat 00.00-da Bakı-Qazax magistralının Muğan qəsəbəsi ərazisindən keçən hissəsində "DAF" markalı, 20 DN 720 dövlət nömrə nişanlı yük avtomobili sərxoş vəziyyətdə yolu keçən piyadanı vurub. Təkərin altında qalan piyada, Bərdə sakini Qocamanov Zöhrab Böyükkişi oğlu  hadisə yerində ölüb.

Qəzada həlak olan piyadanın vəzifəli şəxs olduğu məlum olub. APA-nın əldə etdiyi məlumata görə, Z. Qocamanov Tərtər rayon İcra Hakimiyyətinin Ulu Qarabəyli kəndi üzrə İcra Nümayəndəsi vəzifəsində çalışıb.

Faktla bağlı araşdırma aparılır.