SON DƏQİQƏ: Azərbaycanda sərnişin avtobusu AŞDI - 2 ölü, 6 yaralı

Baxış sayı:
5728

Qobustanda avtobus aşıb, 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Şamaxı-Yevlax​ yolunun 94 km də, Qobustan rayon ərazisindən​ keçən ərazisində​ baş verib.

İlkin məlumatlara görə, Bakıdan Şamaxı istiqamətində hərəkət edən sərnişin avtobusu yoldan çıxaraq aşıb. Nəticədə iki nəfər hadisə yerində dünyasını dəyişib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 6 nəfər xəstəxanaya yerləşdirilib.

Ölən və xəsarət alanların şəxsiyyəti hələlik dəqiq bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.