SON DƏQİQƏ: Azərbaycanda QANLI DAVA - Bir nəfər güllələndi

Baxış sayı:
17638

Tovuz rayonun düşən dava bir nəfərin güllələnməsi ilə nəticələnib. BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə, hadisə rayonun Hacallı kəndində qeydə alınıb. Belə ki, Abdıyev Nəriman Mirzə oğlu "makarov" tipli silahdan istifadə edərək həmkəndlisi Qasımov Habil Əli oğlunu öldürmək istəyib. O, sillahdan iki atəş açıb. Biri H.Qasımova dəyməsə də, digəri onu yüngül yaralayıb. İlkin məlumatlara görə, hadisəyə səbəb kənd qəbristanlığında mal-qara otarılması olub. Belə ki, Nəriman Abdıyev Habil Qasımova kənd qəbrsitanlığında mal-qara otarmasıan görə irad tutub. Nəticədə tərəflər arasında insident yaşanıb. Sonuncu mübahisə isə H.Qasımovun güllələnməsi ilə nəticələnib. Keçirilən əməliyyatla hadisəni törədən Nəriman Abdıyev Tovuz rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub.