SON DƏQİQƏ: Azərbaycanda güclü yanğın başladı, havaya helikopter və təyyarə qaldırıldı
23-08-2019 17:41
Baxış sayı:
5352
Qəbələ rayonunda yanğın başlayıb.
Qəbələ rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, rayonun Solquca kəndində dağlıq ərazi yanır: "Yanğın kolluq ərazidən başlasa da onun meşəyə keçmək təhlükəsi var. Hazırda yanğının qarşısının alınması istiqamətində işlər görülür".
Fövqəladə Hallar Nazirliyinin Qəbələ Rayon Yanğın Mühafizə Xidmətindən isə Trend-ə bildirblər ki, hadisə yerinə canlı qüvvə və texnikalar, həmçinin bir helikopter və bir təyyarə cəlb edilib./Publika.