SON DƏQİQƏ! Azərbaycanda daha 521 nəfər koronavirusa yoluxdu - 6 NƏFƏR ÖLDÜ

Baxış sayı:
1771

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 521 yeni yoluxma faktı qeydə alınıb, 355 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Muxalifet.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 15 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8719 nəfər müalicə olunaraq sağalıb, 193 nəfər vəfat edib, 6978 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5646, ötən müddət ərzində isə ümumilikdə 461 861 test aparılıb.