SON DƏQİQƏ! Azərbaycanda daha 5 nəfər koronavirusdan öldü - YOLUXMA SAYINDA REKORD ARTIM

Baxış sayı:
3804

Azərbaycanda 471 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 191 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 12 238 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 516 nəfər müalicə olunaraq sağalıb, 148 nəfər vəfat edib, 5 574 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6 627 koronavirus testi aparılıb.