SON DƏQİQƏ! Azərbaycanda daha 367 nəfərdə koronavirus aşkarlandı - 3 NƏFƏR DƏ ÖLDÜ

Baxış sayı:
1819

Azərbaycanda 367 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 156 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.