​SON DƏQİQƏ: Avropa müdafiəni ABŞ-dan gözləyir

Baxış sayı:
343

Avropa ABŞ olmadan özünü müdafiə edə bilməyəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri Hollandiya Baş naziri Mark Rutte vahid Avropa ordusunun yaradılması ilə bağlı Fransa Prezidenti Emmanuel Makronun fikirlərinə münasibət bilirərkən deyib.
"Avropa ordusu ideyası Avropanın özünü müdafiə edəcəyi anlamına gəlir, amma Avropa özünü hazırda ABŞ-ın köməyi olmadan müdafiə edə bilməz. Dünya miqyasında və Avropadakı son illərdəki təhlükəsizlik məsələlərinə görə Avropanın özünü qoruması mümkün deyil. Bundan başqa, Avropada balansların qorunması ABŞ üçün də əhəmiyyətlidir", - Rutte qeyd edib.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron ümumavropa ordusunun yaradılmasını təklif edib.