​SON DƏQİQƏ: Atambayev təslim oldu

Baxış sayı:
14224

Qırğızıstan xüsusi təyinatlı qüvvələri Almazbek Atambayevin iqamətgahına yeni hücuma başlayıblar.
Axar.az xəbər verir ki, bu məlumatı “Sputnik Qırğızıstan” yayıb. İqamətgah qarşısında 200 xüsusi təyinatlının toplandığı bildirilib.
Atambayevin tərəfdarları onlara "Molotov kokteyli" və daşlarla qarşılıq verirlər.

***

Qırğızıstan hüquq-mühafizə orqanları Atambayevin evinin qapılarını su şırnağı ilə taran ediblər.
Bununla bərabər hüquq-mühafizə orqanları tüstü bombaları ilə evin ərazisində olan etirazçıları dağıdıblar. Hazırda ərazidə atışmanın getdiyi vurğulanıb.

***

Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev hüquq-mühafizə orqanlarına təslim olub.
Bu barədə eks-prezidentin qərargahından məlumat yayılıb.