SON DƏQİQƏ: Ardarda iki güclü zəlzələ baş verdi

Baxış sayı:
6021

İranda şiddətli yeraltı təkanlar qeydə alınıb.
Ölkənin cənub-qərbində yerləşən Xuzistan əyalətində 4,2 bal gücündə zəlzələ baş verib.
Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 09:04-də Yerin 16 kilometr dərinliyində qeydə alınıb.
Dağıntılar və insan tələfatı barədə məlumat yoxdur.
Digər güclü zəlzələ isə Yunanıstanda baş verib.
Florina şəhəri yaxınlığında 5,1 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Yunanıstan Seysmologiya Mərkəzindən verilən informasiyaya görə, təbiət hadisəsi yerli vaxtla saat 07:26-da meydana gəlib./Publika